Press "Enter" to skip to content

Doktoranturaya sənəd qəbulu

Sənəd qəbulu başlayır

BAYRAQDAR MEDİA – Aprelin 16-sı saat 11:00-dan ali təhsil pilləsinin doktorantura səviyyəsinə sənəd qəbulu prosesinə başlanılır.

Bu haqda Elm və Təhsil Nazirliyinin (ETN) yaydığı xəbərdə bildirilir.

Xəbərdə deyilir ki, “sözügedən xidmət sayəsində Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sisteminə qoşulmuş ali təhsil müəssisələrinə, elmi müəssisə və təşkilatlara doktorantura üzrə qəbul olmaq istəyənlər “Şəxsi kabinet” vasitəsilə elektron formada müraciət edə, cari status və növbəti addımları izləyə biləcəklər. Müraciətlərinə müəssisələr tərəfindən müsbət rəy verilən şəxslər xarici dil imtahanında iştirak hüququ qazanacaqlar. Müraciətlərin elektron formada həyata keçirilməsi tələbələrə təhsil haqqını müəssisəyə getmədən ödəmək, imtahan nəticələri və digər yeniliklər barədə məlumat əldə etmək imkanı da yaradır”.

Mission News Theme by Compete Themes.