Press "Enter" to skip to content

Tələbələrlə görüş keçirilib

Tədbirdən xatirə fotosu

Son yeniləmə: 9 Aprel 2024 10:47

BAYRAQDAR MEDİA – Bakı Qızlar Universitetində 2 Aprel – Autizm Dünya Maarifləndirmə Günü ilə əlaqədar tədbir keçirilib.

Tədbir ABA Klinik Çocuk Gelişim Mərkəzi və Bakı Qızlar Universitetinin birgə təşkilatçılığı ilə həyata keçirilib.

BAYRAQDAR MEDİA-ya verilən məlumata görə, “tədbirdə Qızlar Universitetinin rektoru Sevinc Rəhimova, Tədris işləri üzrə prorektoru Havva Abdullayeva, Psixologiya kafedrasının baş müəllimləri Sədaqət Əliyeva, Gülər Hüseynova, ABA Klinik Çocuk Gelişim Mərkəzinin Bakı Filialının müdiri, özel eğitim uzmanı Özdən Erbaş, ABA Klinik Çocuk Gelişim Mərkəzinin ümumi şöbə rəhbəri Ümidə Kəngərli və tələbə heyəti iştirak edib”.

Məlumatda deyilir ki, tədbirdə Ö.Erbaş “Otizim nedir? Hangi yollarla Otizimle başa çıkılır?”, ADPU- nun və Bakı Qızlar Univerisitetinin dosenti Gülşən Eminova “İnklüziv təhsilin tarixi və inkişaf mərhələləri” mövzusunda çıxış edib, tələbələrin suallarını cavablandırıblar.

Tədbir sonunda xatirə fotosu çəkilib.

Mission News Theme by Compete Themes.