Press "Enter" to skip to content

TDP Qostivar şöbəsinin yeni ofisi

Açılış zamanı

Son yeniləmə: 9 Aprel 2024 13:27

BAYRAQDAR MEDİA – Quzey Makedoniyada TDP sədri Dr. Beycan İlyas və onu müşayiət edən nümayəndə heyəti gecə saatlarında Türk Demokrat Partiyası Qostivar Şöbəsinin yeni ofisinin açılışına qatılıb.

Xəbəri Yeni Balkan yayıb.

Bildirilib ki, TDP Qostivar şöbəsinin başçısı Muhittin Kahvecinin ev sahibliyi etdiyi açılışda, Baş mazir Talat Cəfəri, Demokratik İnteqrasiya Birliyinin sədri Ali Ameti, “Avropa Cəbhəsi”nin prezidentliyə namizədi Buyar Osmani və “Avropa Cəbhəsi” İttifakının nümayəndələri də iştirak ediblər. Natiqlər toplaşan kütlə qarşısında çıxış edərək, “Avropa Cəbhəsi”nin Quzey Makedoniya üçün bir fürsət olduğunu vurğulayıb, 24 aprel və 8 may seçkilərində dəstək istəyiblər.

Mission News Theme by Compete Themes.