Press "Enter" to skip to content

“Yanğın təhlükəsizliyi” mövzusunda praktiki təlim

Yanğın təhlükəsizliyi

BAYRAQDAR MEDİA – Meşə yanğınlarının qarşısının alınması məqsədi ilə 9 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin və FHN-in Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşlarının iştirakı ilə Ağcabədi rayonunda “Yanğın təhlükəsizliyi” mövzusunda təlim keçirilib.

Bu haqda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) yaydığı xəbərdə deyilir.

Xəbərdə bildirilir ki, “təlimdə meşə və yaşıllıq ərazilərdə baş verə biləcək yanğın hadisələrinə qarşı profilaktik tədbirlərin səmərəliliyinin artırılması, yanğınların qarşısının vaxtında alınması sahəsində birgə əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyəti müzakirə edilib, yanğınların söndürülməsi metodları əyani olaraq göstərilib”.

Mission News Theme by Compete Themes.