Press "Enter" to skip to content

Abşeron Milli Parkında növbəti veloyürüş

Veloyürüş başlayır

BAYRAQDAR MEDİA – “Ecohiking” Ekoturizm Agentliyinin Abşeron Milli Parkının dəstəyi ilə “Avtomobildən en, bizə qoşul” adlı ekotur layihəsi Abşeron Milli Parkında növbəti veloyürüşlə davam edib.

Bu haqda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) yaydığı xəbərdə bildirilir.

Xəbərdə deyilir ki, “sağlam həyat tərzini aşılamaq, ekoloji təmiz nəqliyyat növlərindən istifadəni təşviq etmək, istilik effekti yaradan qazların azaldılmasına töhfə vermək və ekoturizmi təbliğ etmək məqsədi ilə təşkil olunan veloyürüşdə iştirakçılar ümumilikdə 12 km velosipedlə, 4 km isə piyada yürüş edib”.

Bildirək ki, layihə davamlı olaraq ölkənin digər ekoturizm marşrutlarını da əhatə edəcək.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.