Press "Enter" to skip to content

Bayram günlərində 10 mindən çox müraciət

Son yeniləmə: 15 Aprel 2024 14:56

BAYRAQDAR MEDİA – Ramazan bayramı ilə əlaqədar qeyri-iş günlərində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi gücləndirilmiş iş rejimində fəaliyyət göstərib.

Bu barədə BAYRAQDAR MEDİA-ya aprelin 15-də TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, “Təcili tibbi yardım xidmətinə 10.04.2024-14.04.2024-cü il tarixində 10 min 669 ümumi çağırış olub, onlardan 1 129-u hospitalizasiya edilib. Çağırışların sayı ən çox 10.04.2024-cü il (ümumi çağırış sayı 2 min 154, hospital olunanların sayı 244 olmaqla), 14.04.2024-cü il (çağırış sayı 2 min 211, hospital olunanların sayı 234 olmaqla) qeydə alınıb”.

Məlumata görə, çağırış səbəbləri, əsasən, yüksək arterial təzyiq, kardioloji problemlər, müxtəlif növ travmalar, dispeptik əlamətlər, mövsümi respirator virus infeksiyaları və s. ilə bağlı olub.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.