Press "Enter" to skip to content

Güney Azərbaycan terrorun və terrorçu rejimin tərəfində olmayacaq

Çingiz Göytürk

Son yeniləmə: 15 Aprel 2024 09:09

Çingiz Göytürk: Güney Azərbaycan Milli Dövlətçilik Şurası (GAMDŞ) olaraq biz, İran rejiminin bu çirkin əməllərini qətiyyətlə qınayır, uluslararası toplumu və dünya dövlətlərini İran terroruna qarşı birgə mübarizəyə dəvət edirik

BAYRAQDAR MEDİA – “Bölgədə və dünyada terrorizmin əsas təşkilatçılarından olan və yaratdığı terror şəbəkələrinin ideoloji rəhbərliyini həyata keçirən İran terror rejimi, bölgədə və dünyada sülh və sabitliyi təhdid edən ciddi bir təhlükə mənbəyi olaraq, terror və təxribatlarının boyutunu genişləndirməkdədir”.

Bu fikirlər İranın İsrailə hücumu ilə bağlı Güney Azərbaycan Milli Dövlətçilik Şurasının bəyanatında öz əksini tapıb.

Qurumun Mərkəzi Şura başqanı Çingiz Göytürkün BAYRAQDAR MEDİA-ya verdiyi məlumata görə, aprein 14-də qəbul edilən bəyanatda daha sonra deyilir: “14 aprel 2024-cü ilin ilk saatlarında İran adlanan ölkənin ərazisindən birbaşa İsrailə qarşı geniş miqyaslı dron və raket hücumları ilə, İran bölgə sülhü və təhlükəsizliyini ciddi təhlükəyə atmışdır. İran İslam Cümhuriyyətinin illərlədir bölgədə və dünyada savaşların yaranmasına hərtərəfli cəhdi İran adlanan ölkədə yaşayan müxtəlif millətlərin taleyini də ciddi təhlükələrlə qarşı-qarşıya qoymuşdur. Buna görə də Güney Azərbaycan Milli Dövlətçilik Şurası (GAMDŞ) olaraq, başda 40 milyondan artıq Güney azərbaycanlılar olmaqla, İran adlanan coğrafiyada yaşayan millətlərə səslənir və onları işğalçı İran rejiminin terror siyasətinə qarşı fəal mübarizəyə çağırırıq”.

Bəyanatda bildirilir ki, ”uzun illərdir 50 milyonluq güneyli-quzeyli Azərbaycan milləti və onun yeganə legitim dövləti olan Azərbaycan Respublikası da İsrail milləti kimi İran dövlət terrorunun əsas hədəflərindən biri olmuşdur. Məhz bu səbəbdən əminliklə ifadə edirik ki, Güney Azərbaycan xalqı bu savaşda terrorun və terrorçu rejimin tərəfində olmayacaqdır. Güney Azərbaycan Milli Dövlətçilik Şurası (GAMDŞ) olaraq biz İran rejiminin bu çirkin əməllərini qətiyyətlə qınayır, uluslararası toplumu və dünya dövlətlərini İran terroruna qarşı birgə mübarizəyə dəvət edirik”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.