Press "Enter" to skip to content

Üç mindən çox uşaq təxliyə məntəqələrindədir

Xilasetmə işləri davam edir

Son yeniləmə: 15 Aprel 2024 09:39

Qazaxıstanda daşqınlarımn nəticəsi aradan qaldırılır

BAYRAQDAR MEDİA –Qazaxıstan Fövqəladə Hallar Nazirliyində aprelin 14-də günün ikinci yarısında mətbuat konfransl keçirilib. Mətbuat konfransında ölkədə baş verən daşqınlarla bağlı vəziyyətindən danışıb.

Ulysmedia.kz xəbər verir ki, Mülki Müdafiə və Hərbi Birliklər Komitəsinin yüksək rütbəli zabiti Erasıl Saypaş keçirdiyi brifinqdə “daşqınlar dövrü başlayandan indiyədək 107 min 465 nəfər xilas edilib, onlardan 38 min 627-si uşaqdır” deyib.

Onun sözlərinə görə, 11 min 786 nəfər öz evlərinə qayıdıb: “Müvəqqəti yerləşdirmə mərkəzlərində 7 min 598 nəfər var ki, onlardan 3 min 288 nəfəri uşaqdır. Hazırda altı rayonda 4 min 870 fərdi yaşayış binası, 1 min 517 həyətyanı sahə və 2 min 35 bağ evi su altında qalıb. Bunlar Atırau, Aktobe, Akmola, Kostanay, Batı Qazaxıstan və Quzey Qazaxıstan vilayətlərindədir”.

Erasıl Saypaş deyib ki, xilasetmə işlərində 32 min 484 nəfər və 3 min 709 texnika, 14 təyyarə iştirak edir.

Xatırladaq ki, son həftələr Qazaxıstanda güclü daşqınlar baş verib. Qazaxıstanın bir sıra regionlarında (Abay, Akmola, Aktobe, Atırau, Qərbi Qazaxıstan, Qaraqanda, Kostanay, Pavlodar, Ulıtau) fövqəladə vəziyyət rejimi elan edilib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.