Press "Enter" to skip to content

Əhaliyə 2 milyard manatdan çox vəsait ödənilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

Son yeniləmə: 16 Aprel 2024 16:31

BAYRAQDAR MEDİA – Sosial ödənişlər üzrə ayrılan vəsaitlərin həcmində artım dinamikası bu il də artmaqda davam edir.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, “2024-cü ilin yanvar-mart aylarında pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları üzrə əhaliyə 2 milyard 183 milyon manat ödənilib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 224,4 milyon manat və ya 11,5 faiz çoxdur”.

Qeyd edilib ki, sosial ödənişlərin artırılması istiqamətində növbəti addım olaraq, cari ilin əvvəlindən bütün pensiyaların ötən il üzrə orta aylıq əməkhaqqı artımına uyğun olaraq 11,2 faiz indeksləşdirilməklə artırılması təmin edilib.

Mission News Theme by Compete Themes.