Press "Enter" to skip to content

“Yaşıl düşüncə maarifləndirmə proqramı” başlayıb

Yaşıl düşüncə

BAYRAQDAR MEDİA – Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN), Azərbaycan Gənclər Fondu (AGF) və Azərbaycan Könüllü Təşkilatları İttifaqı (AKTİ) tərəfindən 15 aprel “Ekoloji Bilik Günü” ilə əlaqədar gənc nəslin ekoloji şüurunun formalaşmasına təsir göstərmək, ətraf mühit sahəsində məlumatlılıqlarını artırmaq və bu sahədə onlara məsuliyyət hissini aşılamaq məqsədi ilə gənc, öyrənməyə həvəsli könüllülər üçün “Yaşıl düşüncə maarifləndirmə proqramı” layihəsinə başlanılıb.

Bu haqda sözügedən Nazirliyin yaydığı xəbərdə deyilir.

Xəbərdə qeyd olunur ki, “2 ay müddətində davam edəcək layihə çərçivəsində 17-25 yaş arası 100 nəfər gənc könüllüyə ətraf mühit sahəsində hər həftə müxtəlif mövzularda nəzəri və praktiki biliklər veriləcək. Silsilə formatda keçiriləcək təlimlərin sonunda imtahan olacaq və imtahandan uğurla keçmiş şəxslər sertifikat və kiçik hədiyyələrlə təltif olunacaq”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.