Press "Enter" to skip to content

Azərbaycanın sosial islahatlar təcrübəsinə yüksək qiymət

Mükafat təqdim edilərkən

Son yeniləmə: 17 Aprel 2024 14:35

BAYRAQDAR MEDİA – Azərbaycanda son illər aparılan sosial islahatların uğurları 160-dan artıq ölkənin 320-dən çox sosial təminat qurumunu özündə birləşdirən Beynəlxalq Sosial Təminat Assosiasiyası (BSTA) tərəfindən ən yüksək qiymətə layiq görülüb.

Bu barədə BAYRAQDAR MEDİA-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) məlumat verilib.

Məlumata əsasən, nazirliyin qurumları mötəbər beynəlxalq təşkilatlardan olan BSTA-nın 12 mükafatı ilə təltif olunub: “Təşkilatın Portuqaliyanın Porto şəhərində keçirilən Avropa Regional Sosial Təminat Forumunda mükafatların təqdim edilməsi mərasimi olub. Mükafatlar Forumda ölkəmizi təmsil edən, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin başçılıq etdiyi nümayəndə heyətinə təqdim edilib. Ən yaxşı təcrübə üzrə 12 mükafatdan 4 mükafat DOST Agentliyinə, 4 mükafat Dövlət Sosial Müdafiə Fonduna (DSMF), daha 4 mükafat isə sosial sahədə uğurlu elektronlaşdırma tədbirlərinə görə təqdim olunub”.

Məlumatda o da qeyd edilib ki, son 3 ildə və bu ilin ötən dövründə Nazirlik və qurumları 75-dən çox mükafat və sertifikat (o cümlədən, 56 mükafat, 20 İSO sertifikatı) ilə təltif edilib: “Forumda Azərbaycan nümayəndə heyəti tərəfindən ölkəmizdə aparılan sosial islahatlar və nailiyyətləri barədə məlumat verilib”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.