Press "Enter" to skip to content

Ceyhun Bayramov Terhi Hakalanla görüşüb

Görüş zamanı

Son yeniləmə: 17 Aprel 2024 09:46

BAYRAQDAR MEDİA – Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Avropa Birliyinin Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Terhi Hakalanla görüşüb.

Nazirliyin məlumatına əsasən, görüşdə tərəflər Azərbaycan-Avropa Birliyi əlaqələrinin cari vəziyyəti və perspektivləri, Azərbaycanın Orta Asiya-Avropa Birliyi əlaqələrində rolu, beynəlxalq platformalar və formatlar çərçivəsində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

Məlumatda deyilir ki, enerji təhlükəsizliyi, kommunikasiyalar və nəqliyyat sahəsində AB ilə əldə olunmuş razılıqlar və bu çərçivədə Orta Asiya ilə əlaqələr müzakirələrin əsas mövzusunu təşkil edib: “Özündə enerji təhlükəsizliyi sahəsində birgə fəaliyyəti, habelə alternativ enerji resurslarının inkişaf etdirilməsini nəzərdə tutan Azərbaycanla AB arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunun bu istiqamətdə əməkdaşlıqda əhəmiyyəti vurğulanıb. Görüşdə ölkəmizin həm Bakı Limanında, həm də nəqliyyat və kommunikasiyaların inkişafı sahəsində həyata keçirdiyi işlər barədə qarşı tərəfə məlumat verilib”.

Daha sonra, qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.