Press "Enter" to skip to content

Məktəblilərin STEAM İnnovasiya Mərkəzinə ekskursiyaları

Ekskursiya zamanı

Son yeniləmə: 17 Aprel 2024 14:43

BAYRAQDAR MEDİA – Bakı məktəblilərinin STEAM İnnovasiya Mərkəzinə ekskursiyaları başa çatıb.

Bu barədə BAYRAQDAR MEDİA-ya Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, “STEAM İnnovasiya Mərkəzində məktəblilər aviasiya məkanı, klassik Nyuton, uşaqlar üçün Nyuton, konfrans, oyun, konstruksiya, “Heureka Classics” otaqları, robotların hazırlanması laboratoriyası, “3D hologram”, VR zonaları ilə tanış olublar. Mərkəzə gələn şagirdlər eksponatlar haqqında məlumatlandırılıb, bələdçilərin köməyi ilə müxtəlif komandalara bölünərək oyunlar oynayıb, əylənib və öyrəniblər. Həmçinin şagirdlər onlara verilən təlimatlar əsasında eksperimentlər icra edib, məktəbdə tədris prosesində öyrəndiklərini mərkəzdə əyani şəkildə görmək imkanı qazanıblar”.

Məlumatda deyilir ki, “ekskursiya çərçivəsində müxtəlif yaş kateqoriyasından olan məktəblilər yeni elmi məlumatlara birbaşa təmas edib, XXI əsr bacarıqlarını-kreativliyi, əməkdaşlığın inkişaf etdirilməsini, müxtəlif proqramlaşdırma dillərini tətbiq etməklə müasir İKT avadanlıqlarından istifadə qabiliyyətlərini təkmilləşdiriblər. Ekskursiya zamanı STEAM İnnovasiya Mərkəzinin əsas məqsədinin şagirdlərin potensialını və maraqlarını cəmiyyətə xidmət işinə yönəltməkdən, onları öyrənməyə həvəsləndirməkdən ibarət olduğu bildirilib”.

O da qeyd edilir ki, STEAM İnnovasiya Mərkəzinin yaradılması ölkəmizdə elm və təhsil sahəsində yeniliklərin tətbiqinə, təhsilin müasir tələblər səviyyəsində inkişaf etdirilməsinə, gənc nəslin yeni ideyalarının reallaşdırılmasına göstərilən diqqətin təzahürüdür.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.