Press "Enter" to skip to content

Namizədlər görüşləri davam etdirir

Quzey Makedoniya seçki ərəfəsində

Son yeniləmə: 17 Aprel 2024 12:57

BAYRAQDAR MEDİA – Quzey Makedoniyada aprelin 24-də birinci turu keçiriləcək prezident seçkiləri ilə bağlı təbliğat-təşviqat kampaniyası davam edir.

Yeni Balkan xəbər verir ki, ölkənin hər yerində mitinqlər və ictimai toplantılar keçirilir. Bu arada bəlli olub ki, kampaniya çərçivəsində SDSM-nin rəhbərlik etdiyi koalisiyanın prezidentliyə namizədi Stevo Pendarovski Skopyenin Saray, Çayır və Qorçe Petrov bələdiyyələrini ziyarət edib, Qazi Baba Bələdiyyəsində mitinq keçirib.

VMRO-DPMNE-nin rəhbərlik etdiyi koalisiyanın prezidentliyə namizədi Qordana Siljanovska-Davkova da görüşləri davam etdirir. Məlumata əsasən, o, Krivoqaştani, Kruşevo və Prilepdə vətəndaşlara öz seçki proqramını təqdim edib.

ZNAM Hərəkatının prezidentliyə namizədi Maksim Dimitrievski paytaxtın 3 fərqli nöqtəsində görüşlər, Qostivarda da mitinq keçirib.

Levicanın prezidentliyə namizədi Bilyana Vankovska isə Kavadarcidə mitinq keçirib. “DƏYƏR” koalisiyasının prezidentliyə namizədi Arben Taravari Qostivarda yol qəzasında bir gəncin ölümünə görə iki günlük bütün görüşlərini ləğv edib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.