Press "Enter" to skip to content

“Yaradıcı müzakirələr” layihəsinə qeydiyyat

Yaradıcı müzakirələr

BAYRAQDAR MEDİA – Mədəniyyət Nazirliyinin “Yaradıcı müzakirələr” layihəsi davam edir.

Bu haqda sözügedən Nazirliyin yaydığı xəbərdə deyilir.

Xəbərdə deyilir ki, “layihə paytaxtda və regionlarda mədəniyyət və yaradıcılıq sahələrində bacarıqların inkişafını təşviq edən maarifləndirici təşəbbüsdür və yaradıcı subyektlərin formalaşmasını dəstəkləmək məqsədi ilə həyata keçirilir. Ötən il Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibəti ilə keçirilən layihə çərçivəsində 10 regionda 100 maarifləndirici tədbir təşkil edilib. Tədbirlərə 3 minə yaxın iştirakçı qatılaraq yaradıcı sənayelər haqqında ətraflı məlumat alıb”.

Daha sonra xəbərdə, “cari ilin may ayında yenidən həyata keçiriləcək “Yaradıcı müzakirələr” layihəsi ilkin mərhələdə Quba, Gəncə, Mingəçevir, Şəki və Şamaxı şəhərlərini əhatə edəcək, daha sonra sentyabr-oktyabr aylarında Lənkəran, Naxçıvan, Sumqayıt, Bakı və Şuşa şəhərlərində davam edəcək. Layihə çərçivəsində 10-dan çox yaradıcı klaster üzrə seminar, ustad dərsləri, tanınmış şəxslərlə görüşlər və təlimlər təşkil olunacaq. Ümumilikdə təşkil olunan sessiyalar kino, teatr, rəsm, dizayn, xalçaçılıq, kulinariya, animasiya, virtual oyun biznesi, yaradıcı startaplar, fotoqrafiya, musiqi, bədii şüşə sənəti, dəb və digər mövzuları əhatə edəcək” deyə bildirilir.

Qeyd edək ki, Quba, Gəncə, Mingəçevir, Şəki və Şamaxıda keçiriləcək sessiyalara qeydiyyat artıq başlayıb və aprel ayı ərzində qeydiyyatdan keçmək olar.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.