Press "Enter" to skip to content

“Yaşıl dünya naminə həmrəylik ili”ndə ağacəkmə

Ağac əkənlər

BAYRAQDAR MEDİA – “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası təşkil olunub.

Bu haqda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) yaydığı xəbərdə bildirilir.

Xəbərdə deyilir ki, “aksiya zamanı ETSN-nin nümayəndələrinin, Regional Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşlarının və könüllülərin iştirakı ilə Siyəzən və Qobustan rayonlarının meşə fondu torpaqlarında yerli torpaq-iqlim şəraitinə uyğun 1 min 800 ağac əkilib. Ekoloji davamlılıq, yaşıllıq zonalarının bərpası və genişləndirilməsini təşviq edən tədbirin məqsədi ətraf mühitin mühafizəsi, ekoloji təhlükəsizliyin təmini və iqlim dəyişikliyi ilə mübarizəyə töhfə vermək, gəncləri ətraf mühitin mühafizəsində aktiv iştiraka təşviq etməkdir”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.