Press "Enter" to skip to content

Azərbaycanda qardaş ölkənin mədəniyyət günləri başlayır

Azərbaycanda Qırğızıstan günləri

BAYRAQDAR MEDİA – Aprelin 23-dən 26-na qədər Azərbaycanda qardaş Qırğızıstanın mədəniyyət günləri keçiriləcək.

Bu haqda xəbəri BAYRAQDAR MEDİA-ya Qırğızıstanın Bakıdakı səfirliyindən veriblər.

Xəbərdə deyilir ki, mədəniyyət günləri Qırğızıstan Prezidenti Sadır Caparovun 2022-ci ilin 19-20 aprelində Azərbaycana etdiyi rəsmi səfər zamanı razılaşdırılmış tədbirlər planı çərçivəsində keçirilir.

Bildirilir ki, mədəniyyəti günləri üçün Azərbaycana gələcək nümayəndə heyətinə Qırğızıstanın mədəniyyət, informasiya, idman və gənclər siyasəti naziri Altınbek Maksutov başçılıq edəcək.

Nümayəndə heyətində Dövlət dili və dil siyasəti komissiyasının sədri Melis Murataliyev, Qırğızıstanın Xalq artistləri Tuqolbay Kazakov, Muratbek Begaliyev, Kırqızbay Osmonov, “Qırğızıstan Diplomatları” İctimai Birliyinin sədri Canıl Tümenbayeva və Milli Tarix Muzeyinin direktoru Cıldız Bakaşova daxildir.

Yaradıcı heyətdə isə “Manas” Milli Teatrının akınları, Abdılas Maldıbayev adına Qırğız Milli Akademik Opera və Balet Teatrının və Toktogul Satılqanov adına Qırğız Milli Filarmoniyasının, Çoro Kocomcarov adına Estrada-Simfonik Orkestrinin solistləri, Nurdin Tugelov adına “Ak Maral” Qırğız Dövlət Rəqs Ansamblı, Çolponbek Bazarbayev adına Bişkek Xoreoqrafiya Məktəbi, “Muras” Folklor-Etnoqrafik Ansamblının nümayəndələri, kino, peşə, dizayn, rəsm və rejissura sahəsinin təmsilçiləri olacaq.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.