Press "Enter" to skip to content

Balaca YARAT ustad dərslərinin aprel proqramı

Ustad dərsləri başlayır

BAYRAQDAR MEDİA – YARAT Müasir İncəsənət Məkanı Little YARAT ustad dərslərinin aprel proqramını təqdim edib.

Bu haqda YARAT-ın yaydığı xəbərdə qeyd edilir.

Xəbərdə deyilir ki, “8-12 yaş arası uşaqlar üçün təşkil edilən ustad dərsləri 21 və 28 aprel tarixlərində keçiriləcək. “Sarının tam qəlbində”, “Ruhun inqilabı” mövzularında olacaq dərslərin tyutorları Aida Əzimova, Lali Binyatovadır. Dərslərdə iştirakçılar rəssam Konstantin Mindadzenin YARAT Mərkəzində “Ekinoks” qrup sərgisi çərçivəsində nümayiş olunan “Sarının tam qəlbində” əsərinə istinadən sarı rənginin çalarlarından istifadə edərək qarışıq texnika vasitəsi ilə əsərlər yaradacaq, həmçinin fotoqraf Lali Binyatovanın “Ruhun inqilabı” fotosilsiləsinin şəkilləri üzərində yağlı boya vasitəsi ilə öz əsərlərini yaradacaqlar”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.