Press "Enter" to skip to content

Bülent Nuri Çavuşoğlunun turizm hədəfi

Görüş zamanı

Son yeniləmə: 19 Aprel 2024 11:58

BAYRAQDAR MEDİA – Bülent Nuri Çavuşoğlu Turizm Həftəsi münasibətilə sektor nümayəndələri ilə görüşüb.

Bələdiyyənin bununla bağlı məlumatında bildirilir ki, “Bülent Nuri Çavuşoğlu, ilk 5 ildə Pamukkaleyə gələn turistlərin 1 milyonunu məhz Denizlidə qəbul etməyi hədəflədiklərini söyləyib.

Məlumata əsasən, 15-22 aprel Turizm Həftəsi tədbirləri çərçivəsində şəhərin turizm sektorunun nümayəndələri Bülent Nuri Çavuşoğlunu ziyarət edib. Görüşdə , Denizli İl Kültür ve Turizm Müdürü Turhan Veli Akyol, Denizli Turistik Otelciler ve İşletmecileri Derneği (DENTUROD) Başkanı Gazi Murat Şen, TURSAB Denizli Pamukkale Bölge Başkanı Turan Köseoğlu, GEKA Genel Sekreteri Özgür Akdoğan və onları müşayiət edən şəxslər iştirak edib.

Turhan Veli Akyol görüşdə, “Denizlinin sənaye və ticarət şəhəri olduğu kimi, turizm şəhəri olması da çox vacibdir. Turizm həftəsində şəhərin müxtəlif yerlərində tədbirlərimiz davam edəcək. Mehriban qəbulunuz üçün təşəkkür edirəm” deyib.

Bələdiyyə sədri isə ən çox etmək istədikləri işlərdən birinin Denizli turizmini canlandırmaq olduğunu ifadə edib: “Bu mənada biz birlikdə çox çalışacağıq. Xüsusilə Pamukkaleyə gələn turistlərin Denizliyə gəlməsini təmin etməliyik. Hər il təxminən 2,5 milyon turist Pamukkaleyə gəlir. Məqsədimiz ilk 5 il ərzində Pamukkaleyə gələn turistlərin ən azı 1 milyonun Denizlini ziyarət etməsinə şərait yaratmaqdır. Bu mənada sizin və bizim üzərimizə böyük məsuliyyət düşəcək. Biz hamımız birlikdə yaxşı işlər görməliyik”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.