Press "Enter" to skip to content

İBU-nun tərkibində Balkan Araşdırmaları Mərkəzi

Mərasim zamanı

Son yeniləmə: 19 Aprel 2024 14:49

BAYRAQDAR MEDİA – Beynəlxalq Balkan Universitetinin (IBU) nəzdində yaradılmış Balkan Araşdırmaları Mərkəzi açılıb.

Bu barədə Yeni Balkan məlumat yayıb.

Bildirilib ki, açılış münasibətilə “Ukrayna və Qəzza münaqişələrinin qlobal təsirləri və Qafqazda geosiyasi kontekst: siyasi, sosial və iqtisadi əkslər” adlı panel keçirilib. Paneldə Türkiyənin Skopyedəki səfiri Fatih Ulusoy da məruzəçi kimi iştirak edib. Səfir Ulusoy Balkan Araşdırmaları Mərkəzinə akademik həyatında və işində uğurlar arzulayıb”.

Məlumata görə, mərasimdə Azərbaycanın Skopyedəki səfiri Kamil Xasıyev, UNCHR-in Quzey Makedoniya nümayəndəsi Qabriel Qualano de Godoy və Balkan Araşdırmaları Mərkəzinin direktoru Prof. Dr. Mövludin İbişi də çıxış edib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.