Press "Enter" to skip to content

Layihə çərçivəsində 29 kq işlənmiş batareya təhvil alınıb

Batareyaların təhvili

BAYRAQDAR MEDİA – ”Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində “Yapı Kredi Bank Azərbaycan” və “Bravo” supermarketlər şəbəkəsinin 20 Yanvar filialından ümumilikdə 29 kq işlənmiş batareya toplanaraq “Tullantıları İdarəetmə Mərkəzi” MMC-yə təhvil verilib.

Bu haqda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) yaydığı xəbərdə qeyd olunur.

Xəbərdə bildirilir ki, “istifadəyə yararsız elektrik batareyalarının çeşidlənməsi və xüsusi şəraitdə zərərsizləşdirilməsi məqsədi ilə ESTN və Qırmızı Ürəklər Fondu tərəfindən 1 may 2022-ci il tarixində “Batareyaları təhvil ver, təbiəti qoru” layihəsinə başlanılıb. Layihə çərçivəsində 400-dən artıq məntəqədə təhvil qutuları yerləşdirilib”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.