Press "Enter" to skip to content

Qəzzadakı vəziyyət müzakirə olunub

Son yeniləmə: 19 Aprel 2024 16:21

Ceyhun Bayramovun Məhəmməd Mustafa ilə telefon danışığı olub

BAYRAQDAR MEDİA – Aprelin 19-da xarici işlər naziri Ceyhun Bayramov Fələstin Dövlətinin Baş naziri, eləcə də xarici işlər və xaricdə yaşayan fələstinlilər üzrə naziri Məhəmməd Mustafa ilə telefon danışığı aparıb.

Bu barədə BAYRAQDAR MEDİA-ya Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, “telefon danışığı zamanı Azərbaycan və Fələstin arasında mövcud ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyində duran məsələlər, habelə Qəzzadakı vəziyyət müzakirə olunub. Nazir Ceyhun Bayramov Baş nazir Məhəmməd Mustafanı bu əhəmiyyətli vəzifəyə təyinatı münasibətilə təbriklərini çatdırıb. Baş nazir də öz növbəsində ölkəmizi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyi münasibətilə səmimi qəlbdən təbrik edi”.

Məlumata görə, iki ölkə arasında siyasi, iqtisadi, mədəni, humanitar və s. istiqamətlər üzrə ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyinin mövcudluğu, regional və beynəlxalq təşkilatlar çərçivəsində göstərilən qarşılıqlı dəstək məmnunluqla qeyd olunub: “Azərbaycanın Fələstin məsələsinin beynəlxalq hüquq normaları, o cümlədən BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə əsasən “iki dövlət həlli”nin tərəfdarı olduğunu hər zaman dəstəklədiyini, bu istiqamətdə milli səviyyədə, o cümlədən Qoşulmama Hərəkatına sədrlik dönəmində münaqişənin nəticələrinin aradan qaldırılması sahəsində əməli addımlar atdığı diqqətə çatdırılıb. Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üzrə Yaxın Şərq Agentliyi (UNRWA) vasitəsilə Fələstinə göstərdiyi 2 milyon ABŞ dolları məbləğində yardımı, eləcə də fələstinli tələbə və diplomatlar üçün təlim-tədris proqramlarının mövcudluğu məmnunluqla qeyd olunub”.

Teledon danışığı zamanı həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.