Press "Enter" to skip to content

QHT və İslam dünyası üzrə aparıcı mütəxəssis

Dos. Dr. Cahit Bağcı və Dr. Alptekin Cihangir İşbilir

Türkiyənin Azərbaycandakı səfirliyinin yeni mətbuat müşaviri Dr. Alptekin Cihangir İşbilir vəzifəsinin icrasına başlayıb

BAYRAQDAR MEDİA – Qardaş Türkiyənin Azərbaycandakı səfirliyinin yeni mətbuat müşaviri Dr. Alptekin Cihangir İşbilir artıq Bakıya gəlib.

Artıq o, qardaş ölkənin Azərbaycandakı səfiri Dos. Dr Cahit Bağcı ilə görüşüb və vəzifəsinin icrasına başlayıb. Bu barədə səfir özünün sosial şəbəkə hesabından payalaşım edib.

Bu məqamda qeyd edək ki, Dr. Alptekin Cihangir İşbilir 1975-ci ildə Kahramanmaraşda anadan olub. Ankara Universitetinin Siyasi Elmlər Fakültəsinin Beynəlxalq Münasibətlər bölməsini bitirib. “Suriyanın konstitusiya quruluşu və Bəəs rejimi” mövzusunda magistr təhsilini tamamlayıb.

O, həmçinin “İslam dünyasında münaqişələrin həlli, sülh quruculuğu və Qeyri-Hökumət Təşkilatları” mövzusunda doktorluq işini müdafiə edərək doktor dərəcəsi alıb.

Dr. Alptekin Cihangir İşbilir iyirmi ildən artıq müddətdə bir çox milli qəzet və jurnallarda yazıçı və redaktor kimi çalışıb.

O, 2005-ci ildə yaradılmış İslam Dünyası QHT-ləri Birliyinin yaradılmasında iştirak edib və bu birliyin Baş Koordinatoru vəzifəsində çalışıb.

Bakıdakı vəzifəsinə təyina olunana qədər Türkiyənin “Anadolu” İnformasiya Agentliyinin Xəbər Akademiyasının müdiri vəzifəsində çalışan Dr. Alptekin Cihangir İşbilir, eyni zamanda 2013-cü ildə yaradılmış və dünya üzrə 400-ə yaxın QHT-nin üzv olduğu Beynəlxalq Rabia Platformasının baş koordinatorudur.

Onun siyasət, ABŞ-ın Orta Doğu siyasəti, QHT-lər və xarici siyasət, İslam Əməkdaşlıq Təşkilatı, İslam dünyasında ictimai hərəkatlar, Balkanların siyasi və sosial quruluşu, münaqişələrin həlli və sülh prosesnə dair tədqiqatları var.

Müxtəlif qeyri-hökumət təşkilatlarının idarə heyətinin üzvü və rəhbəri olan Cihangir İşbilir “Böhran bölgələri”, “Orta Doğu və və Afrika geosiyasəti”, “İslam dünyası”, “Humanitar diplomatiya” və “Türkiyənin İslam dünyası siyasəti” mövzularında mühazirələr oxuyub.

İngilis və ərəb dillərini bilən Dr. Alptekin Cihangir İşbilir evlidir və iki övladı var.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.