Press "Enter" to skip to content

Müasir Qarabağ memarlığı ilə bağlı diskussiya

Müasir Qarabağ memarlığı: konstruktiv və dekonstruktiv

BAYRAQDAR MEDİA – Aprelin 26-sı YARAT Müasir İncəsənət Məkanında “Yoxlanılıb, mina yoxdur!” qrup sərgisi çərçivəsində Qarabağın müharibədən sonrakı dövrdə müasir memarlığını araşdıran “Müasir Qarabağ memarlığı: konstruktiv və dekonstruktiv” adlı diskussiya keçiriləcək.

Bu haqda YARAT-ın yaydığı xəbərdə bildirilir.

Xəbərdə deyilir ki, “Qarabağın müasir memarlığı bölgənin yenidən qurulması və dirçəlişi prosesində əsaslı rol oynayır. Müharibədən sonrakı dövrdə Qarabağ müasir memarlıq anlayışlarına uyğun olaraq yenidən qurulmağa başlayıb. Tədbirdə Qarabağın yenidən qurulmasında müasir memarlıq yanaşmalarının rolu və bu yanaşmaların ictimai və mədəni kontekstlərə necə inteqrasiya edildiyi müzakirə olunacaq”.

Moderatoru Mələk Bayramlı olacak diskussiyanın iştirakçıları memarlar – Toğrul Bayramov, Fizuli Əliyev, Samir Nəzirov, Fidan İsbatova və Nicat Əliyevdir.

Qeyd edək ki, tədbir saat 19:00-da başlayacaq.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.