Press "Enter" to skip to content

Aktotı Raimkulova BMT təmsilçisi ilə görüşüb

Görüşdən görüntü

BAYRAQDAR MEDİA – Aprelin 21-də Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Aktotı Raimkulova BMT-nin Cenevrə bölməsinin baş direktoru Tatyana Valovaya ilə görüşüb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Fonddan daxil olub.

Xəbərdə qeyd edilir ki, “görüş A.Raimkulovanın İsveçrəyə rəsmi səfərinin mühüm tərkib hissəsi olub və o, Türk Əməkdaşlıq Təşkilatlarının birgə təşkilatçılığı ilə keçirilən “Cenevrədə türk həftəsi” tədbirlərində iştirak edib. Görüş zamanı Fondun gələcək planları müzakirə olunub, beynəlxalq mədəni əməkdaşlıq vurğulanıb. A.Raimkulova Türk dünyasının mədəni zənginliyini nümayiş etdirməklə sivilizasiyalararası anlaşmanı təşviq etmək üçün Fondun BMT ilə tərəfdaşlığa maraqlı olduğunu bildirib. T.Valovaya Fondun mədəni diplomatiya vasitəsi ilə mədəni müxtəlifliyin vurğulanması səylərini qiymətləndirib. Fond və UNESCO arasında Türk xalqlarının mədəni irs obyektlərinin beynəlxalq irs siyahısına transsərhəd nominasiyalarının irəli sürülməsi və “Divanü Lüğat-it-Türk”ün 950 illiyi kimi mühüm tarixlərin qeyd olunması yönündə genişlənən əməkdaşlıq müsbət qiymətləndirilib”.

Tərəflər əməkdaşlığın genişləndirilməsinə dair yeni imkanların araşdırılması yönündə əlaqələri davam etdirməyə razılaşıblar.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.