Press "Enter" to skip to content

Dövlət Xidmətindən nümunəvi addım

Görüşdən xatirə fotosu

Son yeniləmə: 23 Aprel 2024 14:41

BAYRAQDAR MEDİA – Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) tərəfindən Bakı şəhəri, Sabunçu rayonunda yerləşən 67 saylı tam orta məktəbdə tədbir keçirilib.

Bu barərə BAYRAQDAR MEDİA-ya Dövlət Xidmətindən məlumat verilib.

Füzuli İsmayılov Muraz Sadıqova fəxri fərmanı təqdim edərkən
Füzuli İsmayılov Muraz Sadıqova fəxri fərmanı təqdim edərkən

Bildirilib ki, “tədbirdə SHXÇDX-nin Çağırışaqədərki hazırlıq idarəsinin rəisi polkovnik-leytenant Füzuli İsmayılov, İctimaiyyətlə iş və beynəlxalq əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov, Xidmətin Sabunçu rayon şöbəsinin rəisi polkovnik-leytenant Nicat Həsənov, məktəbin direktoru İradə Bayramova və məktəbin kollektivi iştirak edib. Məktəbin yuxarı sinif şagirdlərinin də iştirak etdiyi tədbiri keçirməkdə məqsəd “Şahinlər” hərbi-idman oyunlarında həmin məktəbi təmsil edən komandanın kapitanı Ayan Həsənovanın AK-74 avtomat silahının sökülüb-yığılmasında xüsusi bacarıq göstərdiyini nəzərə alaraq təltif edilməsi olub”.

Pərviz Sədrəddinov Ayan Həsənovaya fəxri fərman və hədiyyələri təqdim edərkən
Pərviz Sədrəddinov Ayan Həsənovaya fəxri fərman və hədiyyələri təqdim edərkən

Məlumata görə, Ayan Həsənovanın avtomat silahını gözü bağlı şəkildə həmyaşıdlarından daha tez söküb, həmçinin yığması sosial şəbəkələrdə geniş müzakirə olunub: “Ona bu bacarığına görə Xidmət rəisinin adından fəxri fərman və hədiyyələr təqdim edilib. Məktəbin çağırışaqədərki hazırlıq rəhbəri, Vətən müharibəsi veteranı, ehtiyatda olan polkovnik-leytenant Muraz Sadıqov da pedaqoji fəaliyyətində fərqləndiyinə və şagirdlərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsini yüksək səviyyədə təşkil etdiyinə görə fəxri fərmanla təltif edilib”.

Qeyd edək ki, görüş zamanı yeniyetmə və gənclər arasında sağlam həyat tərzinin təbliği, onların həyat üçün zərərli olan adətlərdən uzaqlaşdırılmasının vacibliyi və bu istiqamətdə həyata keçirilən tədbirlər barədə geniş məlumat verilib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.