Press "Enter" to skip to content

Eskişehir Azərbaycanlılar Dərnəyi fəaliyyətini genişləndirir

Görüşdən xatirə fotosu

Cavid Aydın: Quba Soyqırımı Memorial Kompleksi ilə Dərnək arasında gələcək əməkdaşlıqla bağlı razılıq əldə edilib

BAYRAQDAR MEDİA – Qardaş Türkiyədə fəal diaspor təşkilatlarından biri olan Eskişehir Azərbaycanlılar Dərnəyi qarşılıqlı əməkdaşlıqlarla bağlı davamlı addımlar atır. Bu sırada istər Türkiyədə, istərsə də Azərbaycanda fəaliyyət göstərən müxtəlif təşkilatlarla ikitərəfli əməkdaşlıqlar da var. Bir müddət öncə isə bu istiqamətdə daha bir addım atılıb.

Cavid Aydın Kompleksin direktoru Rəxşəndə Bayramovaya xatirə hədiyyəsinin təqdim edərkən
Cavid Aydın Kompleksin direktoru Rəxşəndə Bayramovaya xatirə hədiyyəsinin təqdim edərkən

Bununla bağlı BAYRAQDAR MEDİA-ya özəl açıqlama verən Eskişehir Azərbaycanlılar Dərnəyinin başqanı Cavid Aydın deyib ki, Dərnəklə Quba Soyqırımı Memorial Kompleksi arasında əməkdaşlıq qurulub.

Onun sözlərinə görə, 2024-cü il martın 30-da Eskişehir Azərbaycanlılar Dərnəyi Dünya Azərbaycanlılarının Soyqırımı Gününə həsr edilmiş tədbir keçirib: “Həmin tədbirə onlayn şəkildə qatılan Quba Soyqırımı Memorial Kompleksinin Elmi araşdırmalar, ekspozisiya və fond şöbəsinin əməkdaş Aysu Bülbülzadə maraqlı bir çıxış etdi. O, həm Quba Soyqırımı Memorial Kompleksi haqqında məlumat verdi, həm də Azərbaycan xalqına qarşı törədilmiş soyqırımı siyasəti barədə danışdı. Biz də ənənəmizə uyğun olaraq Aysu Bülbülzadəni Dərnəyin plaketi ilə təltif etdik. O, Azərbaycanda olduğu üçün həmin mükafatı məhz indi, mənim Azərbaycana bu dəfəki gəlişim vaxtı təqdim edə bildik”.

Cavid Aydın Aysu Bülbülzadəyə plaketi təqdim edərkən
Cavid Aydın Aysu Bülbülzadəyə plaketi təqdim edərkən

C.Aydın deyib ki, bu günlərdə Quba Soyqırımı Memorial Kompleksində olub: “18 Aprel – Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibət ilə Komplesi ziyarət etdik. Ziyarət çərçivəsində həm Aysu Bülbülzadə ilə, həm də Kompleksin direktoru Rəxşəndə Bayramova ilə maraqlı görüşümüz oldu. Görüş zamanı Aysu xanıma plaketi, Rəşşəndə xanıma isə xatirə hədiyyəsini təqdim etdik. Həmçinin həmin görüşün nəticəsi olaraq Komplekslə Dərnək arasında gələcək əməkdaşlıqla bağlı razılıq əldə edildi”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.