Press "Enter" to skip to content

Görüşlər davam edir

Seçicilərlə görüş zamanı

Son yeniləmə: 23 Aprel 2024 14:22

“Avropa Cəbhəsi”nin millət vəkilliyinə namizədi Dr. Beycan İlyas məmləkəti Tearcedə hərarətlə qarşılanıb

BAYRAQDAR MEDİA – Quzey Makedoniyada parlament seçkilərinə hazırlıq davam edir. Bu arada “Avropa Cəbhəsi” İttifaqının 6-cı Seçki Dairəsindən millət vəkilliyinə namizədi və TDP sədri Dr. Beycan İlyas Tearsada koalisiyasının birgə seçki ofisinin açılışına qatılıb.

Yeni Balkan xəbər verir ki, öz məmləkətində böyük sevgi ilə qarşılanan qarşılanan Dr. Beycan İlyas maraqlı çıxış edib: ““Doğulub böyüdüyüm Tearsa bu axşam bayram əhval-ruhiyyəsində idi. Bir çox xalqların mehriban yaşadığı, bu xüsusiyyəti ilə ölkəmizdə nümunə olan gözəl kəndim bu axşam özünü bir daha sübut etdi. “Avropa Cəbhəsi”nin bir hissəsi olan TDP bu axşam böyük maraqla qarşılandı. Təşəkkürlər dostlarım və doğma şəhərim”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.