Press "Enter" to skip to content

İran səfiri müsəlman soyqırımını inkar etdi

Srebrenitsa qurbanlarının məzarları

Son yeniləmə: 23 Aprel 2024 11:46

BAYRAQDAR MEDİA – Fars-molla rejiminin idarə etdiyi İranın Serbiyadakı səfiri Rəşid Həsənpur bir telekanala müsahibəsində deyib: “Bosniyada müsəlmanların başlarına gələnlər cinayət əməli olsa da soyqırımı deyildi. Qərb dövlətləri həmin hadisələri soyqırımı adlandırmaqla öz məqsədlərini güdürlər”.

Xəbəri “Azad İran” Telegram kanalı yayıb.

Xəbərdə deyilir ki, səfirin bu çıxışı sosial şəbəkələrdə etiraz dalğasına səbəb olub və İranın Serbiyadakı səfirliyi məsələyə haqq qazandırmağa məcbur qalıb.

“Həm Serbiya, həm də İran Rusiyanın yaxın müttəfiqləridir və son vaxtlar Serbiya Bosniya və Kosovanın serblər yaşayan əraziləri ilə bağlı Avropa Birliyi, ABŞ və NATO ilə ciddi mübahisələrə qarışıb. Ona görə də görünən odur ki, İran hökuməti müttəfiqini Qərb blokuna qarşı qorumaq istəyir”, – deyə xəbərdə bildirilir.

O da qeyd edilir ki, “İran öz siyasi maraqlarına görə müsəlmanlara qarşı törədilən zülmləri inkar edir, hətta təcavüzkarı dəstəkləyir. Çində Şərqi Türküstan, Rusiyada Çeçenistan, Azərbaycanda Qarabağı buna misal göstərmək olar”.

Əlavə edək ki, tarixə “Srebrenitsa soyqırımı” kimi keçən hadisə 1995-ci ilin iyul ayında baş verib. Serb general Radko Mladiçin başçılıq etdiyi hərbi qüvvələr Bosniya müsəlmanlarını əsir alaraq kütləvi şəkildə qətlə yetirib. Qısa bir müddətdə serblər 8 mindən çox əliyalın kişi əhalini məhv edərək heç cür inkar edilə bilməyəcək soyqırıma imza atıb. Amma görünən odur ki, İran rejimi zülm görən müsəlmanların yanında deyil, onlara soyqırımı yaşadan zalımların yanında yer alır. Təəccüblü deyil əlbəttə…

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.