Press "Enter" to skip to content

“İyirmi ildən sonra” tamaşası

Tamaşadan görüntü

Son yeniləmə: 23 Aprel 2024 10:30

BAYRAQDAR MEDİA – Aprelin 22-də Mədəniyyət Nazirliyi və Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə həyata keçirilən “Qonaq teatr” layihəsi çərçivəsində Sumqayıt Dövlət Dram Teatrının “İyirmi ildən sonra” (Əli Əmirli) tamaşası oynanılıb.

Bu haqda sözügedən İttifaqın yaydığı xəbərdə bildirilir.

Xəbərdə deyilir ki, “tamaşanın quruluşçu rejissoru, Xalq artisti Firudin Məhərrəmov, rəssamı Sevinc Həsənova, musiqi tərtibatçısı sənətşünaslıq üzrə fəlsəfə doktoru Telman Qəniyevdir. Tədbiri giriş sözü ilə açan Xalq artisti, Dövlət mükafarı laureatı Hacı İsmayılov qonaqları salamlayaraq “Qonaq teatr” layihəsindən, layihə çərçivəsində çıxış edən teatrlardan danışıb. Sonra o, Sumqayıt Teatrına uğurlar arzulayıb, səhnəni aktyorların ixtiyarına verib”.

Alqışlarla qarşılanan tamaşadan sonra əsərin müəllifi, Əməkdar incəsənət xadimi, professor Ə.Əmirli tamaşanın orijinal ədəbi materialına görə İttifaqın Fəxri fərmanı ilə təltif olunub.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.