Press "Enter" to skip to content

Komitə sədrinin növbəti qəbulu

Qəbul zamanı

Son yeniləmə: 23 Aprel 2024 12:35

Fazil Mustafa növbəti qəbul günündə bir qrup incəsənət xadimi, mədəniyyət işçisi, ictimai sektorun təmsilçisi və qəbul üçün müraciət edən digər vətəndaşlarla görüşüb

BAYRAQDAR MEDİA – Milli Məclisinin Mədəniyyət komitəsinin sədri Fazil Mustafa aprelin 22-də növbəti vətəndaş qəbulu keçirib.

Bu barədə BAYRAQDAR MEDİA-ya Məclisinin Mədəniyyət komitəsindən məlumat verilib.

Bildirilib ki, Fazil Mustafa növbəti qəbul günündə bir qrup incəsənət xadimi, mədəniyyət işçisi, ictimai sektorun təmsilçisi və qəbul üçün müraciət edən digər vətəndaşlarla görüşüb: “Milli Məclisdə keçirilən görüşdə Xalq artisti Sadıq Zərbəliyev, Əməkdar artistlər Sevinc Əliyeva, Mətanət Atakişiyeva, Əməkdar jurnalist, CASCFEN sədri Nadir İsmayılov (Azəri), sənətşünaslıq üzrə fəslsəfə doktoru Maya Qafarova, qazi bəstəkar Vüqar Məmmədzadə, tanınmış musiqiçi Zahid Qubadlı (Rəhimov), C.Cabbarlının Ev muzeyinin direktoru Qəmər Seyfəddinqızı, “Bəhram Nəsibov yaradıcılığının təbliği” İctimai Birliyinin sədri Adil Nəsibov, xalçaçı rəssam Arzu Zeynallı, Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisası Könül Əbilova, mədəniyyət işçiləri Zümrüd Əsədova, İsmayıl Əliyev, musiqi müəllimləri Ramin Ağayev, Fəxrəddin Kərimov, Gülnar İsmayılzadə, Kəmalə Abbasova və b. öz yeni yaradıcılıq uğurları, gələcək fəaliyyyət planları, eləcə də üzləşdikləri müəyyən problemlərlə bağlı Komitə sədrinə məlumat veriblər”.

Məlumata görə, Fazil Mustafa qəbula gələnləri maraqlandıran məsələlə barədə öz fikirlərini bölüşüb. O, həmçinin rəhbərlik etdiyi Komitədə mədəniyyət və incəsənət sahəsinə, bütövlükdə mədəni irsə göstərilən diqqət, həmçinin bu vacib sahə ilə bağlı aparılan müzakirələr, Milli Məclisdə qəbul edilən müvafiq qanunlar, onlara edilən zəruri dəyişiklər barədə danışıb.

Məlumatda deyilir ki, incəsənət xadimləri, mədəniyyət işçiləri və digər vətəndaşları diqqətlə dinləyən Komitə sədri, onların qaldırdığı – qanunvericiliyə uyğun olan məsələlərlə bağlı müvafiq dövlət orqanlarına məktubla müraciət edəcəyini bildirib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.