Press "Enter" to skip to content

“Rəqəmsal bacarıqlar” layihəsi ilə bağlı yeni xəbər

Bakı Şəhəri üzrə Təhsil İdarəsi

Son yeniləmə: 23 Aprel 2024 14:31

BAYRAQDAR MEDİA – 2024-2025-ci tədris ilindən “Rəqəmsal bacarıqlar” layihəsinin əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulur.

Bu barədə BAYRAQDAR MEDİA-ya aprelin 23-də Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib.

Bildirilib ki, “bununla bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin direktorlarının iştirakı ilə onlayn görüş keçirilib. Onlayn görüşdə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları, məktəb rəhbərləri iştirak ediblər”.

Xəbərdə qeyd edilib ki, görüşdə “Rəqəmsal bacarıqlar” layihəsi barədə ətraflı məlumat verilib: “Bildirilib ki, layihə şagirdlərdə alqoritmik düşüncənin, layihə işləmə bacarıqlarının və məntiqi inkişafın, proqramlaşdırmanın əsaslarının öyrədilməsi məqsədini daşıyır. Layihə təhsilalanlara yeni texnologiya və rəqəmsal bacarıqları təcrübədə öyrənməyə, proqramlaşdırmanın sirlərinə bələd olmağa imkan verir. Görüşdə “Rəqəmsal bacarıqlar” layihəsinin əhatə dairəsinin genişləndirilməsi istiqamətində lazımi dəstəyin göstərilməsi üçün məktəb rəhbərliyinin üzərinə düşən vəzifələr barədə danışılıb. Qeyd olunub ki, 2021-2022-ci tədris ilindən etibarən layihə çərçivəsində təhsilini İT sahəsi üzrə davam etdirmək istəyən 10-cu sinif şagirdləri üçün informatika fənninin dərindən tədris olunduğu təmayül siniflər açılıb”.

Məlumata əsasən, sonda layihənin icrası ilə bağlı iştirakçıları maraqlandıran suallara aydınlıq gətirilib, müvafiq mövzularla bağlı fikir mübadiləsi aparılıb.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.