Press "Enter" to skip to content

Türkiyəli qonaq Azərbaycan Beynəlxalq Maarif Məktəblərində olub

Tədbirdən maraqlı anlar

Son yeniləmə: 23 Aprel 2024 13:31

Prof. Dr. Ahmet Emre Bilgili: Türkiyə Maarif Vəqfinin fəaliyyəti ölkələrlə qardaşlıq əlaqələrini gücləndirməyə hədəflənib

BAYRAQDAR MEDİA – Xəbər verdiyimiz kimi Türkiyə Maarif Vəqfinin İdarə Heyətinin sədr müavini Prof. Dr. Ahmet Emre Bilgili Azərbaycana səfər edib.

Prof. Dr. Ahmet Emre Bilgili Azərbaycanda səfərdədir

Səfər zamanı Bakıda bir sıra yerlərə baş çəkən və Türkiyənin Azərbaycandakı səfiri Dos. Dr. Cahit Bağcı ilə görüşən qonaq həmçinin Bakıda iki kampusu olan Azərbaycan Beynəlxalq Maarif Məktəblərində yaradılmış şəraitlə tanış olub.

BAYRAQDAR MEDİA – xəbər verir ki, qonaq əvvəlcə Azərbaycan Beynəlxalq Maarif Məktəblərinin Nəsimi kampusunda nümayiş edilən sərgiyə baxıb.

Sonra məktəbin akt zalında geniş tədbir keçirilib. Tədbirdə öncə hər iki qardaş ölkənin dövlət himnləri oxunub və Beynəlxalq Maarif Məktəbinin Azərbaycandakı fəaliyyətindən bəhs edən videofilm nümayiş etdiirlib.

Türkiyə Maarif Vəqfi Azərbaycan təmsilçisi Sərdar Gündoğan salamlama çıxışı edir
Türkiyə Maarif Vəqfi Azərbaycan təmsilçisi Sərdar Gündoğan salamlama çıxışı edir

Türkiyə Maarif Vəqfi Azərbaycan təmsilçisi Sərdar Gündoğan rəsmi hissəni açıq elan etdikdən və qonaqları salamladıqdan sonra söz səfir Dos. Dr. Cahit Bağcıya verilib.

Dos. Dr. Cahit Bağcı çıxış edərkən
Dos. Dr. Cahit Bağcı çıxış edərkən

Səfir bildirib ki, Türkiyə Maarif Vəqfinin fəaliyyəti ölkələrlə qardaşlıq əlaqələrini gücləndirməyə hədəflənib. Bu baxımdan Bakıdakı məktəbin fəaliyyətinin önəminə toxunan diplomatın sözlərinə görə, bu təhsil ocağında yetişdirilən gələcək nəsil də dost-qardaş ölkələrin müttəfiq kimi beynəlxalq arenada daha güclü əməkdaşlıqlarını davam etdirilməsinə töhfə verəcək: “Azərbaycan Beynəlxalq Maarif Məktəblərində məqsədimiz təhsil yolu ilə iki ölkə arasında möhkəm və sarsılmaz qardaşlıq körpüsü yaratmaqdır. Maarif Məktəblərində hədəfimiz isə imtahan yolu ilə şagird qəbul edən və tanınmış bir məktəb olmaqdır. Buna mütləq nail olacağıq”.

Prof. Dr. Ahmet Emre Bilgili çıxış edərkən
Prof. Dr. Ahmet Emre Bilgili çıxış edərkən

Sonra çıxış edən Türkiyə Maarif Vəqfinin İdarə Heyətinin sədr müavini Prof. Dr. Ahmet Emre Bilgili təmsil etdiyi qurum haqqında ətraflı məlumat verib.

Qeyd edilib ki, Maarif Vəqfi xaricdə Türkiyə adından təhsil müəssisələri açmaq səlahiyyətinə malik dövlət qurumudur: “Dünyanın 67 ölkəsində fəaliyyət göstərən 429 Beynəlxalq Maarif Məktəbində 50 minə yaxın şagird təhsil alır”.

Prof. Dr. Ahmet Emre Bilgili Azərbaycan Beynəlxalq Maarif Məktəblərin fəaliyyətinə də toxunub. O, bu fəaliyyətinin Azərbaycanla Türkiyə arasında qardaşlıq bağlarının daha da güclənməsinə kömək olacağına əminliyini ifadə edib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.