Press "Enter" to skip to content

Düşmənin kimliyini unutma

Azərbaycan və Türkiyə bayraqları yandırılarkən

Son yeniləmə: 24 Aprel 2024 15:47

Nadir Azəri: Bir daha təsdiq olunur ki, ermənilərin dini də, imanı da faşizm üzərində köklənib

BAYRAQDAR MEDİA – “Bu gün aprelin 24-dür. Ermənilərin uzun illərdir “erməni soyqırımı” adlı yalanlarının qeyd edildiyi tarix. Ermənilərin yalanları və bəzi Batı ölkələrinin özlərini bu yalanlara inandırması qalsın bir yana, biz bu günün ermənisinə, bu günün Ermənistanına baxaq”.

Bunu aprelin 23-də İravənda baş verənləri dəyərləndirən “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctmai Birliyinin sədri, Mətbuat Şurası Nəzarət-Təftiş Komissiyasının katibi Nadir Azəri deyib.

Xatırladaq ki, Ermənistanın paytaxtı İrəvanda Respublika meydanından 1915-ci ildə baş verdiyi iddia edilən qondarma “erməni soyqırımı” qurbanlarının xatirəsinə məşəl yürüşü keçirilib. “Daşnaksütyun” partiyası tərəfindən təşkil edilən yürüşdən əvvəl Respublika meydanında mitinq olub/ Tədbirə Türkiyə və Azərbaycanın əleyhinə sərsəm bəyanatları ilə gündəmə gələn bəzi siyasətçilər, o cümlədən İşxan Saqatelyan və ölkənin 3-cü prezidenti Serj Sarkisyan qatılıb. Yürüşü bir sıra erməni media seqmentləri sosial şəbəkələrdə birbaşa olaraq yayımlayıblar. Kadrlardan göründüyü kimi, yürüşdə bir neçə iştirakçı Türkiyə və Azərbaycan bayraqlarını yandırıblar.

İctimai Birlik sədrinin sözlərinə görə, son hadisələr mənfur qonşularımızın erməni xislətindən əl çəkə bilmədiyini bir daha təsdiqləyir: “Bu cərəyan edən hadisələrə baxanda da görürürük ki, mənfur qonşularımız erməni xislətindən – qonşu torpağına sahib olmaq, qonşudan nəsə oğurlamaq, qan tökmək xislətindən əl çəkə bilmirlər. Heç əl çəkən də deyillər. Aprelin 23-də Ermənistanda edilən vəhşilik də bunu bir daha təsdiqləyir. Nəzərə alsaq ki, son vəhşiliyin törədildiyi aksiyaya erməni ruhaniləri rəhbərlik edib, bir daha təsdiq olunur ki, ermənilərin dini də, imanı da faşizm üzərində köklənib. Onların türkə nifrəti heç zaman yox olan deyil. Deməli, biz də bu günün və sabahın Azərbaycan gəncliyinə dayanmadan deməliyik: Düşmənin kimliyini unutma!!!”

Nadir Azəri sonda, “Eyni zamanda mənfur qonşularımız bilsinlər ki, “Dəmir yumruq” yerindədir. Hər hansı bir axmaqlıq etsələr bu dəfə daha ölümcül zərbə alacaqlar” deyə əlavə edib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.