Press "Enter" to skip to content

“Nar”dan maraqlı aksiya

Tədbirdən xatirə fotosu

Son yeniləmə: 24 Aprel 2024 09:15

Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə edilib

BAYRAQDAR MEDİA – Sərfəli təklifləri və sosial layihələri ilə seçilən “Nar” 23 Aprel Ümumdünya Kitab Günü münasibətilə Elm və Təhsil Nazirliyi və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin dəstəyi ilə Füzulidə yerləşən Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin kitabxanasına yeni kitablar hədiyyə edib.

BAYRAQDAR MEDİA-ya verilən məlumata görə, kitabların təqdimatında “Nar”ın təmsilçiləri, layihənin tərəfdaşı olan Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyinin nümayəndələri və Mirzə Uluqbəy adına məktəbin müəllim və şagird heyəti iştirak edib: “Hədiyyə edilən kitablar məzmunca həm ibtidai və orta sinif şagirdləri, həm də yuxarı sinif şagirdləri üçün nəzərdə tutulub. Eləcə də, müxtəlif ensiklopediyalar, lüğətlər və Zəfər tariximizdən bəhs edən kitablarla zənginləşdirilən bu kitabxana Füzuli şəhərinin sakinləri üçün də açıqdır”.

Qeyd edilib ki, müştərilərinə sərfəli qiymətə mobil rabitə imkanları təqdim edən “Nar” özünün davamlı sosial layihələri ilə cəmiyyətin inkişafına töhfə verir. Bu layihələrin əsas istiqaməti Azərbaycanın bölgələri, o cümlədən, azad olunmuş Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarıdır.

“Nar”ın həyata keçirdiyi sosial layihələr haqqında ətraflı məlumatı operatorun rəsmi saytından əldə edə bilərsiniz.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.