Press "Enter" to skip to content

Kitab tanıtma: “Molla Nəsrəddin”

Molla Nəsrəddin

BAYRAQDAR MEDİA – Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasındakı (MEK) nəşrlərdən biri də “Molla Nəsrəddin” jurnalının yeni formada nəşridir.

Böyük demokrat yazıçı Cəlil Məmmədquluzadənin redaktorluğu ilə nəşr olunan “Molla Nəsrəddin” jurnalının çapı 10 cilddə çap edilib. Jurnalın birinci cildinə 1906-cı ilin bütün sayları və 1907-ci ilin ilk 40 sayı daxil edilib.

Jurnal geniş oxucu kütləsi, tədqiqatçılar, müəllimlər və tələbələr üçün nəzərdə tutulub.

Qeyd edək ki, Şərq-Qərb nəşriyyatında çap edilmiş jurnalın redaktorları AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli və akademik Teymur Kərimlidir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.