Press "Enter" to skip to content

Maraqlı layihə: “Yaradıcı müzakirələr”

Erkin Ələkbərli

BAYRAQDAR MEDİA – Xəbər verdiyimiz kimi, Mədəniyyət Nazirliyinin “Yaradıcı müzakirələr” layihəsi davam edir.

Layihədə iştirak edənlərdən biri, rəssam Erkin Ələkbərlidir. O, layihədə iştirakı haqqında BAYRAQDAR MEDİA-ya açıqlama verib: “Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Yaradıcı müzakirələr” layihəsi çərçivəsində bölgələrdə müxtəlif mövzularda mühazirələr keçiriləcək. Mən də bu layihəyə dəvət almışam. Mövzum isə “Təsviri sənət sahəsində biznes”dir. Ümumiyyətlə, mühazirədə incəsənət, sərgilər, festivallar və simpoziumlar haqqında məlumat veriləcək, bundan əlavə foto və video kontent də nümayiş olunacaq. Onu da bildirim ki, mən keçən il də bu layihəyə dəvət almışdım və layihəyə uyğun olaraq Azərbaycanın müxtəlif rayonlarında təlimlər, mühazirələr keçdim. İştirak edən hər kəsə uğurlar diləyirəm”.

Qeyd edək ki, layihə paytaxtda və regionlarda mədəniyyət və yaradıcılıq sahələrində bacarıqların inkişafını təşviq edən maarifləndirici təşəbbüsdür və yaradıcı subyektlərin formalaşmasını dəstəkləmək məqsədi ilə keçirilir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.