Press "Enter" to skip to content

Dünyanın aparıcı elmi-analitika şirkətinin rəhbərləri ilə görüş

Görüşdən görüntü

BAYRAQDAR MEDİA – Dünyanın aparıcı elmi-analitika şirkəti olan “Elsevier” korporasiyasının rəhbər şəxsləri ilə görüş keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən (EATDA) daxil olub.

Xəbərdə bildirilir ki, “EATDA-nın direktoru Ülkər Səttarova sözügedən şirkətin Amsterdamda yerləşən baş ofisində şirkətin rəhbər şəxsləri ilə görüşüb. Görüşdə “Elsevier” şirkətinin nümayəndələri Azərbaycanda elmi-tədqiqat işlərinə həsr olunmuş və təhlilə əsaslanan təqdimatla çıxış ediblər. Əlavə olaraq, süni intellektdən istifadə etməklə yeni analitik təhlil alətləri təqdim olunub”.

Görüş Azərbaycanda elmi-tədqiqat işlərinin təşkilinin daha da təkmilləşdirilməsi və beynəlxalq məkana inteqrasiyası üçün mühüm əhəmiyyət kəsb edir. Həmçinin gələcəkdə müvafiq sahədə qərarların qəbul edilməsi baxımından görüş xüsusi önəm daşıyır.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.