Press "Enter" to skip to content

Kitab tanıtma: “Azərbaycan milli azadlıq hərəkatı ensiklopediyası”

Azərbaycan milli azadlıq hərəkatı ensiklopediyası

BAYRAQDAR MEDİA – Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasındakı (MEK) müxtəlif mövzulu kitablar içində tarix elmləri doktoru, Prof. Nəsiman Yaqublunun “Azərbaycan milli azadlıq hərəkatı ensiklopediyası” nəşri də yer alır.

Ensiklopediya Azərbaycan xalqının 1920-1991-ci illərdə sovet rejiminə qarşı apardığı mübarizə haqqındadır. Ensiklopediyada Sovetlər Birliyi dövründə Azərbaycanda yaradılmış gizli təşkilatların, dissidentlərin, milli mücadilədə böyük fəallıq göstərmiş insanların fəaliyyəti araşdırılıb, eyni zamanda, “samizdat” olaraq çap edilən nəşrlərlə bağlı geniş məlumatlar verilib. Eləcə də kitabda Azərbaycan xalqının Qarabağ uğrunda apardığı mübarizə də yeni faktları ilə oxuculara təqdim edilib.

Ensiklopediya hazırlanarkən milli azadlıq hərəkatının fəallarından sənədlər toplanılıb, onların şəxsi arxivlərindən istifadə olunub.

2018-ci ildə “Qanun” nəşriyyatında çap olunmuş kitabın elmi məsləhətçisi tarix üzrə elmlər doktoru Rafiq İsmayıl, redaktoru isə İradə Quliyevadır.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.