Press "Enter" to skip to content

Məktəblərdə maarifləndirici görüşlər

Bakı Şəhəri üzrə Təhsil İdarəsi

Son yeniləmə: 26 Aprel 2024 14:52

BAYRAQDAR MEDİA – Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində maarifləndirici görüşlər keçirilir.

Bu badərə BAYRAQDAR MEDİA-ya aprelin 26-da İdarədən məlumat verilib.

Bildirilib ki, “Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən keçirilən görüşlərdə müəllimlər, şagirdlər və valideynlər iştirak edirlər. Görüşlərin əsas məqsədi müvafiq istiqamətlər üzrə aktual mövzulara dair məlumatlılıq səviyyəsini artırmaqdan ibarətdir. Belə ki, görüşlərdə yeniyetmə və gənclər təhlükəsiz reproduktiv sağlamlıq davranışlarının və sağlam həyat tərzi vərdişlərinin formalaşdırılması, uşaqların vətənpərvərlik və milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi istiqamətində işlərin gücləndirilməsi, erkən nikah və qohumlar arasında nikah hallarının qarşısının alınması, narkotik vasitələrin, narkomanlığın cəmiyyətə və insan sağlamlığına zərəri barədə məlumatlandırılır”.

Məlumata görə, həmçinin uşaq və gənclər arasında sağlam ətraf mühit və sağlam həyat tərzinin geniş təbliği, ailələrin, valideynlərin və uşaqların internet resurslarından qaynaqlanan risklər barədə məlumatlandırılması istiqamətində müzakirələr aparılır, iştirakçıları maraqlandıran suallar cavablandırılır.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.