Press "Enter" to skip to content

Məzunlarının dövlət qulluğu imtahanı nəticələrinə görə lider

Bu universitetlər öndədir

BAYRAQDAR MEDİA – Bakı Dövlət Universiteti (BDU) məzunlarının Dövlət İmtahan Mərkəzinin (DİM) keçirdiyi dövlət qulluğu imtahanlarındakı nəticələrinə görə ölkədəki ali təhsil müəssisələri arasında liderdir.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya BDU-nun mətbuat xidmətindən daxil olub.

Xəbərdə qeyd edilir ki, “2023-cü il ərzində DİM dövlət qulluğunun inzibati vəzifələrinin tutulması məqsədi ilə A və B növləri üzrə hər biri 6 imtahan olmaqla ümumilikdə 12 test imtahanı keçirib. İmtahanlarda iştirak edən 16 min 200 namizəddən 4 min 709 nəfəri uğurlu nəticə əldə edib. Test imtahanlarında uğur əldə edərək sertifikat alan namizədlərin təhsil aldığı ali məktəblər üzrə nəticələrə əsasən, BDU birinci yerdə qərarlaşıb. Test imtahanlarında uğur əldə edən 4 min 709 nəfərdən 1 min 032-si BDU-nun məzunudur. Bu, dövlət qulluğu imtahanlarında uğur qazanan namizədlərin 22 faizi deməkdir”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.