Press "Enter" to skip to content

Səfir tələbələrlə bir arada

Görüş zamanı

Son yeniləmə: 26 Aprel 2024 14:48

BAYRAQDAR MEDİA – Azərbaycan Meksikadakı səfiri Məmməd Talıbov Latın Amerikası regionunun və Meksikanın nüfuzluali təhsil müəssisələrindən biri olan Meksika Milli Muxtar Universitetinin (UNAM – Universidad Nacional Autónoma de México)Siyasi və Sosial Elmlər Fakültəsinin tələbələri ilə görüşüb.
Bu barədə BAYRAQDAR MEDİA-ya səfrilikdən məlumat verilib.

Bildirilib ki, “UNAM-ın professoru Talya İşcanın da iştirakı ilə səfirlikdə keçirilmiş görüşdə səfir Məmməd Talıbov “Azərbaycan regionda yeni reallıqlar yaradır: iqtisadiyyat, stabillik, təhlükəsizlik və sülh” mövzusunda təqdimatla çıxış edib. Çıxışında M.Talıbov tələbələri müasir Azərbaycanın keçdiyi tarixi inkişaf yolu, müstəqil Azərbaycan dövlətinin memarı, Ümumilli Lider Heydər Əliyevin məqsədyönlü və düşünülmüş siyasəti sayəsində dövlətimizin quruculuğu istiqamətində atılmış mühüm addımları, o cümlədən ölkəmizin ikitərəfli və çoxtərəfli səviyyələrdə əməkdaşlıq əlaqələrinin qurulması, inkişaf etdirilməsi, enerji resurslarının dünya bazarlarına çıxarılması, nəqliyyat infrastrukturunun inkişafı ilə reallaşdırılmış genişmiqyaslı enerji və nəqliyyat layihələri barədə ətraflı məlumatlandırıb. Bu xüsusda, şaxələndirilmiş neft-qaz boru kəmərləri şəbəkəsinin qurulmasında, habelə Avropanın enerji təhlükəsizliyində ölkəmizin müstəsna roluna diqqət çəkilərək etibarlı və vacib tərəfdaş olduğu vurğulanıb”.

Məlumata görə, M.Talıbov həmçinin çıxışında birinci və ikinci Qarabağ müharibələrindən,bölgədəki yeni reallıqlardan danışıb: “Səfir Azərbaycan ilə Ermənistan arasında normallaşma prosesindən, işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərindən, mövcud mina təhlükəsindən, məcburi köçkünlərin təhlükəsiz və ləyaqətli şəkildə öz doğma yurdlarına qayıdışının həyata keçirilməsi istiqamətində atılan addımlardan söz açıb. Bu gün dünyada ölkəmizin artan rolundan bəhs edən səfir M.Talıbov Azərbaycanın neft-qaz strategiyası, iqtisadi inkişaf göstəriciləri, Azərbaycanın ev sahibliyi etdiyi mötəbər tədbirlər, BMT-dən sonra ən iri təşkilat olan Qoşulmama Hərəkatına, BMT Təhlükəsizlik Şurasıvə Türk Dövlətləri Təşkilatı kimi beynəlxalq təsisatlarda uğurlu sədrlik təcrübəsi barədə tələbələri məlumatlandırıb”.
Görüşdə həmçinin, Azərbaycanın bu gün xarici tələbələr üçün yaratdığı təhsil imkanları, o cümlədən təcrübə və təqaüd proqramları barədə geniş məlumat verilib. Tələbələr tərəfindən böyük maraqla qarşılanan təqdimat qarşılıqlı maraq kəsb edən digər mövzular ətrafında sual-cavab sessiyası ilə davam etdirilib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.