Press "Enter" to skip to content

Türkiyənin 50 aparıcı xəstəxanasının ixtisaslı həkimləri Bakıda

İki gün davam edəcək sərgiyə giriş pulsuzdur

Son yeniləmə: 6 May 2024 07:56

BAYRAQDAR MEDİA – Azərbaycan paytaxtı daha bir mühüm tədbirə ev sahibliyi edir. 26-27 aprel tarixlərində Bakı Beynəlxalq Sağlamlıq Turizmi Sərgisi keçiriləcək.

BAYRAQDAR MEDİA xəbər verir ki, ALZ Internationalın Hilton otelində təşkil edəcəyi sərgiyəbTürkiye Odalar ve Borsalar Birliği, DEİK Sağlık İş Konseyi ve Hizmet İhracatçıları Birliği dəstək olur.

Aprelin 26-da saat 11:00-da rəsmi açılışı Türkiyənin Azərbaycandakı səfiri Dos. Dr. Cahit Bağçının iştirakı ilə gerçəkləşəcək sərgidə məqsəd Türkiyənin qabaqcıl xəstəxanalarını, klinikalarını, termal müəssisələrini və həkimlərini Azərbaycan ictimaiyyətinə tanıtmaqdır.

İki gün davam edəcək sərgiyə giriş pulsuzdur.

Azərbaycan ictimaiyyəti sərgiyə gəlməklə Türkiyənin 50 aparıcı xəstəxanasının ixtisaslı həkimləri ilə tanış ola, bu xəstəxanaların təklif etdiyi imkanlar barədə məlumat ala biləcəklər.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.