Press "Enter" to skip to content

İTV və radioda yeni təyinat olub

Toplantı zamanı

BAYRAQDAR MEDİA – İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının toplantısı keçirilib. Toplantıda qurumun maliyyə hesabatı dinlənilib, baş direktora yeni müavin təyin edilib.

Xəbər BAYRAQDAR MEDİA-ya İTV-dən verilib.

Xəbər verilir ki, Şuranın sədri, akademik Teymur Kərimli açılış çıxışında bildirib ki, Şirkətin 2023-cü il üzrə maliyyə hesabatının müzakirəsi və struktur dəyişikliyi – yeni təyinat məsələsi nəzərdə tutulub.

Şirkətin baş direktoru Balakişi Qasımov 2023-cü il üzrə maliyyə hesabatı barədə danışıb, gəlir və xərclərdən bəhs edib. Daha sonra ayrı-ayrı sahələr və layihələr üzrə Maliyyə departamentinin direktoru Əfsər Dadaşovun məruzəsi dinlənilib. Müzakirələr sonucu hesabat qənaətbəxş qiymətləndirilib.

Şirkətdə struktur dəyişikliyi zərurətindən danışan Balakişi Qasımov bildirib ki, məqsəd iş əmsalının daha da yüksəldilməsidir. Baş direktorun təklifi ilə Şirkətin Mərkəzi Aparat rəhbəri Günel Osmanovanın baş direktor müavini vəzifəsinə keçirilməsinə baxılıb. Müzakirələrdən sonra təklif məqsədəuyğun hesab edilib.

İclasda cari məsələlər də müzakirə edilib, Şuranın sədri Teymur Kərimli, üzvləri – Zemfira Qafarova, Azər Həsrət, Yusif Babanlı, Azər Əliyev, Sevil Yusifova öz fikir və təkliflərini səsləndiriblər.

Toplantı zamanı
Toplantı zamanı

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.