Press "Enter" to skip to content

“Qərbi Azərbaycana qayıdış”ın rayon (şəhər) mərhələsi

“Qərbi Azərbaycana qayıdış”

BAYRAQDAR MEDİA – Aprelin 27-də IX və X sinif şagirdləri arasında təşkil olunan “Qərbi Azərbaycana qayıdış” olimpiadasının rayon (şəhər) mərhələsi keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Elm və Təhsil Nazirliyinin (ETN) mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “olimpiadanın ilkin mərhələsində 10 minə yaxın şagird iştirak edib. Bu mərhələ çərçivəsində olimpiadanı izləmək üçün Bakı şəhəri Mikayıl Müşfiq adına 18 nömrəli tam orta məktəbə mediatur təşkil olunub. Mediaturda ETN, Təhsil İnstitutunun rəsmiləri, millət vəkilləri, Qərbi Azərbaycan İcmasının üzvləri və media nümayəndələri iştirak ediblər. Bakıda təşkil edilən olimpiada mərkəzlərində ümumilikdə 975 şagird iştirak edib”.

Daha sonra xəbərdə, “ilkin mərhələnin nəticələri əsasında olimpiadanın regional mərhələsində iştirak edəcək şagirdlər müəyyən olunacaq. Olimpiadanın final mərhələsinin iyun ayında Naxçıvanda keçirilməsi planlaşdırılır” deyə bildirilir

Qeyd edək ki, olimpiada ETN, Naxçıvanın Təhsil Nazirliyi, Təhsil İnstitutu, Qərbi Azərbaycan İcması və Naxçıvan Dövlət Universitetinin tərəfdaşlığı ilə həyata keçirilir.

Olimpiadanın təşkilində məqsəd şagirdlər arasında Qərbi Azərbaycanın tarixi, coğrafiyası, mədəniyyəti, ədəbiyyatı, görkəmli ictimai xadimləri, tarixi şəxsiyyətləri, toponimləri, folkloru haqqında maarifləndirmə işlərini aparmaq və biliklərin dərindən öyrənilməsini təmin etməkdir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.