Press "Enter" to skip to content

Şirvan nümayəndə heyəti qardaş ölkədə

Şirvanlılar festival iştirakçıları ilə

Son yeniləmə: 27 Aprel 2024 12:10

BAYRAQDAR MEDİA – Azərbaycanın Şirvan və qardaş Türkiyənin Manisa şəhərləri arasında 2023-cü ilin 8 sentyabrında “Qardaşlıq, dostluq Protokolu” imzalanıb. Bununla da hər iki şəhər arasında birgə layihələr, proqramlar, qarşılıqlı səfərlər, təcrübə mübadiləsi, mədəniyyət, incəsənət və digər sahələrdə əməkdaşlıq nəzərdə tutulub.

Bu günlərdə isə Manisada Beynəlxalq Mesir Macunu festivalı keçirilir. 26-28 aprel tarixlərində keçirilən tədbirlərə dost Şirvan şəhərindən də nümayəndə heyəti dəvət olunub. Nümayəndə heyətinin tərkibində Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Aynur Fərzəliyeva, Şirvan bələdiyyəsinin sədri Kürdoğlu Muradov, Şirvan şəhər Hacıqəhrəmanlı qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndə Fəqani Həsənov, Şırvan Şəhər Peşə Liseyinin direktoru Elnur Novruzov, Şirvan Şəhər Mərkəzi Xəstəxanası Xəstə xidmətləri şöbəsinin müdiri Təranə Cəlilova, Dövlət Arxivi Şirvan Filialının direktoru Nəsibə Məmmədova festivalda fəal iştirak edir.

Nümayəndə heyəti dost şəhərdə isti qarşılanıb, zəngin proqramla təmin edilib. Heyətdən BAYRAQDAR MEDİA-ya verilən xəbərə görə, Manisa Mesir Macunu festivalı 484-cü dəfə keçirilir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.