Press "Enter" to skip to content

DİM-də mayın 1-də TOEFL iBT imtahanı keçiriləcək

Son yeniləmə: 29 Aprel 2024 15:22

BAYRAQDAR MEDİA – Dövlət İmtahan Mərkəzində (DİM) mayın 1-də TOEFL iBT imtahanı keçiriləcək.
Qurumun yaydığı məlumata əsasən, imtahana gəlməli olan şəxslər saat 08:00-dan gec olmayaraq şəkilli şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu ilə birlikdə imtahan binasında olmalıdırlar.

Məlumatda deyilir ki, imtahan saat 09:00-da başlanır: “TOEFL iBT imtahanında iştirak etmək üçün 15 və daha aşağı yaş qrupuna aid olan uşaqlar imtahan binasına valideynləri ilə birlikdə gəlməlidirlər. TOEFL iBT imtahanı haqqında daha ətraflı məlumatla DİM-in səhifəsindən tanış olmaq mümkündür”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.