Press "Enter" to skip to content

Görkəmli tarzənlə gənclərin görüşü keçiriləcək

Ramiz Quliyev

Son yeniləmə: 29 Aprel 2024 15:21

BAYRAQDAR MEDİA – Görkəmli tarzən, Azərbaycan xalq artisti, Dövlət Mükafatı Laureatı, professor Ramiz Quliyevlə gənclərin görüşü keçiriləcək. Görüş Mədəniyyət Nazirliyi, Beynəlxalq Muğam Mərkəzinin dəstəyi və “İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı ilə olacaq.

Bu barədə BAYRAQDAR MEDİA-ya İctimai Birliyin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, “tədbir 1may, saat 20:00-da Beynəlxalq Muğam Mərkəzində keçiriləcək. “MədəniyyətimİZ” proqramı çərçivəsində keçiriləcək görüşdə Xalq artisti Azərbaycan musiqi mədəniyyətinin inkişafı kontekstində tar ifaçılığının tarixi, keçdiyi dövr və uğurlarımız, cəmiyyətdə milli musiqi dəyərlərinin qorunması və gənc nəsilə təbliği, eləcə də, Ümummilli Lider Heydər Əliyevlə bağlı olan zəngin xatirələrindən bəhs edəcək”.

Tədbir müddətində “Mədəniyyətimizin yaşadılması, inkişafı və təbliğində Azərbaycan musiqisinin rolu”, “Tar ifaçılığı məktəbində yeni, innovativ yanaşmalar: yaradıcı sənayenin müasirənənələrinə baxış” və “İstedadlı gənclərin tanıdılması” mövzularında müzakirə keçirilməsi nəzərdə tutulur. Görüşün bədii hissəsində musiqiçi gənclərin iştirakı ilə müxtəlif musiqi nümunələri təqdim ediləcək.

Qeyd edək ki, “MədəniyyətimİZ” proqramının həyata keçirilməsində əsas məqsəd ölkə mədəniyyətinin müxtəlif sahələri üzrə peşəkar, tanınmış incəsənət xadimləri ilə gənclərin əlaqələndirilməsi, mədəni dəyərlərin təbliği və Azərbaycan mədəniyyətinin inkişafına töhfə verməkdən ibarətdir.

Görüşdə iştirak etmək istəyən gənclər bu link vasitəsilə qeydiyyatdan keçə bilərlər:

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.