Press "Enter" to skip to content

İctimai Şuradan yaddaqalan ictimai dinləmə

Tədbir zamanı

Son yeniləmə: 29 Aprel 2024 09:23

BAYRAQDAR MEDİA – Mədəniyyət Nazirliyi yanında İctimai Şura Mil-Muğan Regional Mədəniyyət İdarəsinə tabe mədəniyyət müəssisələri üzrə ictimai dinləmə keçirib.

Bu barədə BAYRAQDAR MEDİA-ya İctimai Şuradan məlumat verilib.

Bildirilib ki, ilk regional ictimai dinləmə Mil-Muğan Regional Mədəniyyət İdarəsinə tabe müəssisələr üzrə 350 nəfərə yaxın mədəniyyət işçisi və incəsənət xadiminin iştirakı ilə keçirilib.

Əkbər Qoşalı çıxış edərkən
Əkbər Qoşalı çıxış edərkən

Məlumata əsasən, Mədəniyyət Nazirliyinin məsul əməkdaşlarının, İctimai Şuranın üzv və ekspertlərinin, Regional Mədəniyyət İdarəsi rəhbərliyinin və digər qonaqların iştirak etdiyi tədbir şəhidlərin xatirəsinə sayğı duruşu ilə başlayıb: “Tədbiri giriş sözü ilə açan Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın sədr müavini, Milli Məclisin Mədəniyyət Komitəsinin eksperti Əkbər Qoşalı geniş nitq söyləyərək ictimai dinləmənin keçirilməsinin məqsədləri barədə danışıb. Əkbər Qoşalı mədəniyyət qavramı, mədəniyyət iqlimi və qalib ölkənin mədəniyyət strategiyası haqqında fikirlərini bölüşərək, insan əli, ağlı və ruh gücü ilə yaradılmış bütün pozitivlərə kulturoloji baxışa vurğu edib. Sədr müavini əcdadlarımızın hərb gələnəyinin çağdaş texnoloji yeniliklərlə üzvi birliyi, Dövlət-Xalq birliyi əsasında hərb meydanında qazanılmış şanlı Zəfərin mədəniyyət cəbhəsində davamının özəlliklərindən söz açıb”. Məlumata görə Əkbər Qoşalı Müzəffər Ali Baş Komandan İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın və Heydər Əliyev Fondunun Ümummilli liderin zəngin irsi əsasında, Azərbaycan həqiqətlərinin təbliğ-tərənnümü işinə, beynəlxalq mədəni əlaqələrə yüksək diqqət-qayğısını hər bir mədəniyyət işçisi üçün örnək olaraq xarakterizə edib”.

Sonra İctimai dinləmədə Mil-Muğan Regional Mədəniyyət İdarəsinin rəisi Faiq Xudanlı hesabat məruzəsi ilə çıxış edərək idarənin son bir ilə dair fəaliyyəti, əldə edilmiş uğurlar, qayğılar və yeni vəzifələr haqqında geniş bilgi verib.

Məlumata görə, İctimai Şura adından məruzə ilə çıxış edən Şuranın sədr müavini Vüqar Qədirov Prezident İlham Əliyevin ictimai nəzarətin zəif aparılması ilə bağlı fikirlərini rəhbər tutaraq bu sahədə fəaliyyətin canlandırılmasının və iradlardan ciddi nəticə çıxarmağın vacib olduğunu bildirib.

Məlumata əsasən, tədbirdə Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın eksperti, Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı İntiqam Yaşar da çıxış edib: “İntiqam Yaşar çıxışı zamanı regionda fəaliyyət göstərən gənclər profilli təşkilatlarla əməkdaşlığın artırılmasını, türk dövlətlərinin müvafiq mədəniyyət idarələri ilə müştərək layihələrin həyata keçirilməsini, Bakı şəhərində fəaliyyət göstərən yeni nəsil ədəbiyyat nümayəndələri ilə görüşlərin intensivliyinin artırılmasının vacibliyini diqqətə çatdırıb.

Tədbirdə həmçinin Mil-Muğan Regional Mədəniyyət İdarəsinin mədəniyyət müəssisələri üzrə iş sektorunun baş məsləhətçisi (Beyləqan rayonu üzrə nümayəndə) Məhəmməd Qələndərov, Saatlı şəhər Bülbül adına Uşaq Musiqi Məktəbinin direktoru Ramella İsmayılova, İmişli rayon Heydər Əliyev Mərkəzinin direktoru Lalə Heydərova, Saatlı Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Sürəyya Zeynalova, Sabirabad MKS-nin Kürkəndi kənd kitabxana filialının müdiri Əsmayə Davudova, Saatlı rayon Mədəniyyət Mərkəzinin direktoru Bəylər Əliyev, Saatlı Dövlət Rəsm Qalereyasının bərpaçı rəssamı Nazim Fərəcov çıxış ediblər”.

Mədəniyyət sahəsində səmərəli fəaliyyətinə görə bir sıra mədəniyyət işçiləri Fəxri Fərmanla təltif olunublar
Mədəniyyət sahəsində səmərəli fəaliyyətinə görə bir sıra mədəniyyət işçiləri Fəxri Fərmanla təltif olunublar

Qeyd olunub ki, sonda İctimai Şuranın eksperti, “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli çıxış edib: “Tədbirin sonunda mədəniyyət sahəsində səmərəli fəaliyyətinə görə bir sıra mədəniyyət işçiləri Fəxri Fərmanla təltif olunublar. Onu da vurğulayaq ki, İctimai Şura üzv və ekspertləri çoxfunksiyalı Mədəniyyət Mərkəzi ilə, həmçinin “Hophopnamə” Kitab Mərkəzi ilə yaxından tanış olub, Kitab mərkəzinə müxtəlif kitablar bağışlayıblar”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.