Press "Enter" to skip to content

İsveç Baş nazirinə Güney Azərbaycanlı alimlə bağlı müraciət

Vida Mehranniya Prof. Əhmədrza Cəlalinin şəkli ilə

Son yeniləmə: 29 Aprel 2024 17:50

BAYRAQDAR MEDİA – “İsrailə casusluq” ittihamına görə edam olunması gözlənilən və əslən Güney Azərbaycanlı olan İsveç vətəndaşı Prof. Əhmədrza Cəlali ilə bağlı alimin həyat yoldaşı Vida Mehranniya İsveçin Baş naziri Ulf Kristerssona müraciət edib.

Xəbəri “Azad İran” Telegram kanalı Vida Mehranniyaya istinadla yayıb.

Xəbərdə bildirilir ki, “Vida Mehranniya aprelin 26-da Stokholmda Beynəlxalq Əfv Təşkilatının keçirdiyi toplantıda professor Cəlali ilə bağlı çıxış edib. O, İsveç hökumətinin səylərinin qənaətbəxş olmadığını bildirir”.

Qeyd edək ki, Əhmədrza Cəlali 2017-ci ilin sentyabr ayında fars-molla rejiminin idarə etdiyi İranın Ali Məhkəməsi tərəfindən edama məhkum edilib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.